17 İyun 2026
Ölkə futbolu

“Qarabağ” uduzsa belə, “Fənər”, “Qalatasaray” kimi başıpozuq davranmır” – Millət vəkili 

Millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabından “Napoli” – “Qarabağ” matçı ilə bağlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, o, Ağdam təmsilçisinin çıxışı barədə xoş sözlər yazıb:

“Sadəcə şanssızlıq! Medinanın zədəsi bu qədər gözəl oyunu nəticəsiz qoydu. Bu komanda uduzsa belə, “Fənər”, “Qalatasaray” kimi başıpozuq davranmır, ahəngini pozmur. Bu oyun stili heyrətamizdir.

Qollar da şansızlıq əsəri! Qapıda qarışdırdım ki, Koxalski durub, yoxsa Kurtua! Qısa müddətə bu cür püxtələşən qapıçı görmək sevindiricidir. Penaltini də möhtəşəm reflekslə qurtardı. Qurban,Qarabağ” – Qürurumuz!.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43