Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen” üzərində qazandığı qələbə “Qarabağ”a həm də UEFA reytinqində xal qazandırıb.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi sayəsində Azərbaycanın reytinq göstəricisinə 0.500 xal əlavə olunub.
Hazırda ölkəmiz 22.000 xalla ümumi siyahıda 25-ci yerdə qərarlaşıb.
Azərbaycanı cəmi 0.375 xal qabaqlayan Serbiya (22.375 xal) 24-cü pillədədir. Reytinq cədvəlinə isə 97.117 xalla İngiltərə liderlik edir.

