20 İyun 2026
Kateqoriyasız

“Qarabağ” və “Qəbələ” azarkeş təhqirlərinə görə cərimələndi

AFFA İntizam Komitəsi “Qarabağ” və “Qəbələ”ni 4000 manat məbləğində cərimələyib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” fanatları Premyer Liqanın 4-cü turunda “Şamaxı” ilə matçda (4:0)  kütləvi şəkildə təhqiramiz ifadələrə yol veriblər. Eyni hərəkəti “Qəbələ” azarkeşləri  “Sabah”a 0:2 hesabı ilə yenildikləri görüşdə təkrarlayıblar.

Ona görə də bu klubların hər biri 4000 manat məbləğində cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43