İdman

“Qarabağ”da ciddi itki

“Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun üzvü Dani Kintana “Olimpiya” ilə oyunun ilk hissəsində zədələnib. İspaniyalı yarımmüdafiəçi əzələsini dartıb. Zədələnən futbolçu Qurban Qurbanovdan onu əvəzləməsini istəyib. “Köhlən atlar”ın çalışdırıcısı Kintananı 42-ci dəqiqədə Ozobiçlə əvəzləyib.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmaması tibbi müayinədən sonra bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43