Ölkə futbolu

“Qarabağ”da ciddi itki – “Sportinq”ə qarşı oynamayacaq

Slavçev iki həftə olmayacaq

İdmanxeber.az-ın məlumatına xəbərə görə,  25 yaşlı yarımmüdafiəçi Simeon Slavçev  iki həftə yaşıl meydanlardan uzaq qalacağını və bu səbəbdən Avroliqada “Sportinq”lə görüşü buraxacağını bildirib:

“Tibbi müayinədən keçdim.Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi.  Əgər əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Ancaq çox əsəbiyəm, çünki “Sportinq”lə görüşdə komandama kömək edə bilməyəcəm”.

Qeyd edək ki,  Slavçev Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasında sentyabrın 20-si “Sportinq”in qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43