“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində L qrupundakı son matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda Xorvatiya ilə qarşılaşıb və görüşdən 3:2 hesablı məğlub ayrılıb.
Yankoviç qarşılaşmaya əsas heyətdə başlayıb və matçın sonunadək meydanda olub.

