“Qalatasaray” qış transfer pəncərəsində Ademola Lokman üçün yenidən hərəkətə keçəcək.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Atalanta”ya 40 milyon avro təklif etməyə hazırlaşır. “Sarı-qırmızılılar” mövsümün əvvəlində italiyanların 60 milyon avroluq tələbi səbəbilə danışıqlardan geri çəkilmişdi.
Tərəflərin yaxın günlərdə yenidən masaya oturacağı gözlənilir.

