UEFA Çempionlar Liqasının VII turunda “Ayntraxt”ı məğlub edən “Qarabağ”ın növbəti turu yüksəlmək üçün ciddi şansları var.
İdmanxeber.az-ın məlumatına görə, son turda səfərdə “Liverpul”un qonağı olacaq Ağdam klubu məğlub olsa belə pley-offa vəsiqə qazana bilər. Bunun üçün turnir cədvəlində komandamızdan aşağıda qərarlaşan iki komanda – “Napoli” və “Kopenhagen” qələbə qazanmamalıdır.
Hazırda Ağdam təmsilçisindən geridə olan adıçəkilən komandaların ikisinin də büdrəmisi halında Azərbaycan çempionu adını növbəti tura yazdıracaq.
Əgər bunlar baş verməsə belə, “köhlən atlar”ın növbəti mərhələ şansları var. Bu, “Qarabağ”dan geridə olan ilk “24-lüy”dəki digər komandaların nəticələrindən asılı olacaq.
Xatırladaq ki, son turda “Napoli” “Çelsi”ni qəbul edir, “Kopenhagen” isə səfərdə “Barselona” ilə qarşılaşır.

