İbrahima Vadjini “Sent Etyen”ə satan “Qarabağ” bu keçiddən kifayət qədər yaxşı qazanc əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu seneqallı forvardın satışından 1 milyon 600 min avro gəlir əldə edib.
27 yaşlı hücumçunun Fransa Liqa-2 klubuna satışından əldə edilən məbləğ həm “Qarabağ”, həm də ümumən Azərbaycan futbolu üçün rekorddur. İndiyədək heç bir Azərbaycan klubu hansısa futbolçusunu satmaqla deyil bu qədər, hətta milyon qazanmayıb.
Buna kimi “Qarabağ”ın ən bahalı satdığı futbolçu Dino Ndlovu olmuşdu. O zaman Ağdam klubu Çinin “Hançjou Qrintaun” klubuna satdığı futbolçudan 600 min avro qazanmışdı.
Ötən mövsüm Norveçin “Hoqesun” klubundan “Qarabağ”a transfer olmuş Vadji keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

