20 İyun 2026
Ölkə futbolu

“Qarabağ”ın yeni forması – şəkillər

“Qarabağ” yeni mövsümün hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, dünən Avstriyanın Tirol şəhərində Ağdam təmsilçisi Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşdı. 3:3 hesabı ilə başa çatan matçda “Qarabağ”ın qollarını Nəriman Axundzadə (2) və Leandro Andrade vurdular.

Ağdam təmsilçisi sözügedən görüşə yeni forması ilə çıxıb. “Adidas” şirkətinin istehsalı olan idman geyimlərinin döş hissəsində “Qarabağ”ın 2 ulduzlu loqosu əks olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43