26 İyun 2026
Kateqoriyasız

“Qəbələ” azarkeşlərinin sevimlisi Cənubi Amerikada

“Qəbələ”dən ayrılan braziliyalı hücumçu Luis Hilario Dodonun yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı futbolçu  karyerasını ölkəsində davam edirəcək.

O, Braziliyanın B seriyasında mübarizə aparan “Joinvill” klubu ilə razılığa gəlib. Onunla bugünlərdə 6 aylıq müqavilə imzalanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43