Kateqoriyasız

“Qəbələ” matçı öncəsi “Sumqayıt”da 4 yeni futbolçu

Növbəti turda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu istirahəti başa vurub.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb. Hazırlıq prosesindən öncə Samir Abasovun rəhbərlik etdiyi komanda son günlər cəbhə xəttində baş verən döyüşlərdə həyatını itirən şəhidlərimizi yad edib.

Ardınca komanda 1,5 saatlıq hazırlığa başlayıb. Qeyd edək ki, son turda "Zirə" ilə qarşılaşmada zədələnmiş Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa, əvəzedici komandadan 4 futbolçu – Mir Emil Həsənov, İlqar Hüseynov, Şahin Əliyev və İsmayıl Babayev də əsas komanda ilə hazırlaşıb.

Qeyd edək ki, "Sumqayıt" – "Qəbələ" oyunu aprelin 9-da saat 14:00-da "Kapital Bank Arena"da baş tutacaq. Qarşılaşma CBC Sport kanalı ilə canlı yayımlanacaq. Bu komandaların əvəzedici heyətləri isə bir gün əvvəl eyni məkanda saat 15:30-da üz-üzə gələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43