Kateqoriyasız

“Qəbələ”dən daha bir transfer

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” daha bir futbolçunun keçidini həll edib.

İdmanxeber.com-un məlumatına görə, əyalət təmsilçisi bu dəfə “İnter”in digər cinah müdafiəçisi Arif Daşdəmirovu heyətinə qatıb.

Millimizin də şərəfini qoruyan futbolçu ilə iki illik müqavilə imzalanıb.

Qeyd edə ki, “Qəbələ” daha öncə “Simurq”dan Samir Zərgərov, “Sumqayıt”dan isə Andrey Papoviçi heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43