Kateqoriyasız

“Qrasshopper” Renatsız 4 qol vurdu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə kubokunda 1/32 final oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda aşağı liqa təmsilçisi “Vettsvil-Bonştetten”lə qarşılaşıb. Səfərdə rəqibini 4 :0 hesabı ilə məğlub edən “Qrasshopper” növbəti mərhələyə yüksəlib.

Koronavirus testi müsbət çıxan Renat bu görüşdə oynamayıb. Onun adı iştirak ərizəsində yer almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43