Dünənki “Viktoriya” – “Qarabağ” matçı Qurban Qurbanov üçün yubiley matç kimi tarixə düşdü.
İdmanxeber.com-un məlumatına görə, bu oyunla Ağdam klubu Qurbanovun rəhbərliyi altında 350-ci matçına çıxıb.
Əyalət klubunun tarixində oyun sayında rekordçu
olan baş məşqçi 350 görüşdə komandasına rəhbərlik edib. “Qarabağ” Qurbanovun rəhbərliyi altında 189 qələbə qazanıb, 96 heç-heçə edib və 65 dəfə uduzub.
Mütəxəssis 8 il ərzində
yetirmələrinin 488 qoluna sevinibsə, 256 dəfə rəqiblərin fərqlənməsinə üzülüb.
“Qarabağ”ın onun rəhbərliyi altında keçirdiyi 350 matçdan 258-i çempionat, 55-ü
avrokubok (11-u Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna
təsadüf edib.
Qeyd edək ki, Qurbanovun “Qarabağ”da
rəsmi debütü 2008-ci il avqustun 9-na təsadüf edib. Həmin gün ağdamlılar
səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.

