Kateqoriyasız

Ramil Şeydayev “Dinamo”dan ayrılır

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Moskva “Dinamo”nu tərk etməyə hazırlaşır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, səbəb gənc forvardın heyətə düşə bilməməsidi. Son iki ada cəmi iki görüşdə meydana çıxan futbolçu daha çox oynaya biləcəyi kluba getmək istəyir.

Keçən yay “Krılya Sovetov”dan “Dinamo”ya keçən Ramil 8 matçda qol hesabını aça bilməyib. Onun Moskva klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43