Dünyadan

“Real”dan sürpriz transfer

Madridin “Real” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu” Uruqvay “Penyarol”unu 16 yaşlı yarımmüdafiəçisi Federiko Valverdenin transfer haqlarına sahib olub.

“AS” qəzetinin yaydığı məlumatda bildirilir ki, bu keçidə görə, ispanlar qarşı tərəfə 5 milyon avro ödəməli olub.

Sözügedən futbolçu 2016-cı ilin yayınd akomandaya qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43