“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem mövsümlərarası fasilədə çiynindən əməliyyat olunacaq.
İdmanxeber.az-ın məlumatına görə, cərrahi müdaxilə klublararası dünya çempionatı başa çatdıqdan sonra olacaq. Yarımmüdafiəçinin sağalması təxminən 3 aya yaxın vaxt aparacaq.
Bellinqem bu mövsüm 51 oyun keçirib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

