“Liverpul”un hücumçusu Darvin Nunyes “Atletiko”ya keçməyə müsbət yanaşır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu oyunçunun transferində maraqlıdır. Tərəflər arasında danışıqlar start götürüb. Madridlilər “Liverpul”la razılaşmağa çalışır.
Nunyesə həmçinin, “Napoli” və Səudiyyə Ərəbistanı çempionatından bəzi klublar da maraq göstərir.

