Madridin “Real” klubunda keçmiş baş məşqçi Karlo Ançelottinin dönəmində bəzi futbolçular oyunlardan sonra şəhərə qayıtmaq əvəzinə birbaşa İbizaya gedirmiş.
İdmanxeber.az-ın məlumatına görə, bəzi oyunçular mütəmadi olaraq məşqləri buraxır və öz bildikləri kimi hərəkət edirdilər. Onlar bu davranışı Xabi Alonsonun rəhbərliyi altında da davam etdirməyə çalışsalar da, alınmayıb.
Yeni baş məşqçinin sərt intizam siyasəti bəzi futbolçuların yaxın çevrəsində narazılıq yaradıb. Onlar Alonsonun şəxsi həyata çox qarışdığını bildiriblər.

