“Əl-Nəsr” və “Əl-Əhli” klubları Vinisius Junior üçün möhtəşəm təklif hazırlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubları oyunçunu transfer etməkdə israrlıdır. Onlar Vinisiusa illik 200 milyon avro civarında müqavilə təklif etməyə hazırlaşır.
Ulduz futbolçunun bu təklifə hansı cavabı verəcəyi hələlik bəlli deyil. Tərəflər arasında danışıqlar yayda start götürəcək.

