“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Yuventus”a keçə bilər. Artıq tərəflər arasında danışıqlara start verilib.
Reşford son mövsümdə icarə əsasında “Aston Villa”nın heyətində çıxış edib. O, Premyer Liqada 10 oyunda meydana çıxaraq, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

