İdman

“Rio-2016″da hazırda neçənciyik ?

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında üç günlük gərgin idman mübarizəsindən sonra 34 ölkənin atletləri medallara sahib ola biliblər.

İdmanxeber.com-un Azərtac-a istinadən yaydığı xəbərə görə, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 27-ci sırada qərarlaşıb.

Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə beş ölkə var – Danimarka, Fransa, Monqolustan, Filippin və Koreya Xalq Demokratik Respublikası.

Hazırda Olimpiadaya hesabında 5 qızıl, 7 gümüş və 7 bürünc medal olan ABŞ liderlik edir. Çin 5 qızıl, 3 gümüş, 5 bürünc medalla ikinci, Avstraliya 4 qızıl və 3 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu İtaliya (3-4-2), Yaponiya (3-0-7), Macarıstan (3-0-0), Rusiya (2-5-3), Koreya Respublikası (2-2-1), Tailand (2-1-1) və Böyük Britaniya (1-1-2) tamamlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43