24 İyun 2026
Ölkə futbolu

Roberto Bordin: “Qarabağ”ın oyununda hakim səhvə yol verdi”

Topaz Premyer Liqasının IV turuna yekun vurulub.

Turun qapanış matçında “Neftçi” komandası “Bakcell Arena”da “Keşlə”ni qəbul edib. Qarşılaşmanın ardından ev sahibi komandanın baş məşqçisi Roberto Bordin  jurnalistlərin suallarını cavablandırıb:

“Oyundan çox razı qaldım. Üzücü hal odur ki, ilk hissədə kifayyət qədər epizod oldu ancaq yararlana bilmədik”.

-Oyundan razı qaldığınızı bildirirsiniz. Qolları oyunun sonlarında vurdunuz. Ona kimi komandanız harda idi?

-Açığı deyim ki, siz başqa oyuna baxmısınız. Xahiş edirəm mənə ciddi sual verin.

-Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini bildirdi. Siz necə düşünürüz bəxtiniz gətirdi deyə qalib gəldiniz?

-Xeyr. Bizim olduqca şanslarımız var idi. Bəxtlə yox, haqq edərək qazandıq.

-“Qarabağ”ın matçındakı mübahisəli epizod barəsində nə deyə bilərsiniz?

-Orda açıq aşkar penalti olduğunu hər kəs bilir. O qədər açıq idi ki, bunu necə vermədi, bilmirəm. Hakim üçün çox da qəliz bir epizod deyildi.

-Emin Mahmudovun olmaması sizin oyununuza təsir etdimi?

-Emin haqqında onu deyə bilirəm ki, o, çox səviyyəli və texnikalı oyunçudu. Ancaq Rəhman Hacıyev də bugün bizim ümidlərimizi doğrultdu.

-Eminin vəziyyəti barədə məlumat verərdiniz. Növbəti oyun meydanda olacaq?

O, yığma komandadan yeni qayıdıb. Biraz daha gözləyəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43