24 İyun 2026
Dünya futbolu

Roberto Mançini Qətər klubunda

Roberto Mançini Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi təyin olunub.

İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

60 yaşlı Mançini son olaraq Səudiyyə Ərəbistanı millisində çalışıb və ötən ilin oktyabrında komandadan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43