“Əl-Nəsir” “Roma”nın müdafiəçisi Anjelinyonu almaqda maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, romalılar 28 yaşlı ispaniyalının satışından əldə olunan gəliri “Brügge”dən Maksim De Kuyperin transferinə yatıra bilər. Anjelinyonun Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal”a keçidi baş tutmayıb.
2024/25 mövsümündə futbolçu bütün turnirlərdə “Roma”nın heyətində 51 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

