Dünya futbolu

Rüfət Dadaşov: “Hər xırda səhvdən sonra cəzalanırıq”

Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”in formasını geyinən Rüfət Dadaşov son turda “Fotruna”ya qarşı məğlub olduqları (2:0) oyundan sonra görüş barəsində fikirlərini bildirib. Millimizin hücumçusu çox zəif çıxış etdiklərini söyləyib:

“Bu gün çox zəif oynadıq. Qələbə qazanmaq üçün daha sərt və aqressif olmalıyıq. Təbii ki, belə oynamağa davam etsək yaxşı nəticələr qazanmayacayıq. Bunu bəxtsizliklə də əlaqələndirmək olar. Hər xırda səhvdən sonra cəzalanırıq”.

Son 4 oyunda uduzan “Proyssen” turnir cədvəlinin 7-ci pilləsinə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43