Dünya futbolu

Runi: “Mançester Yunayted” üçün darıxmışam”

İngiltərə milli komandasının düşərgəsinə gələn Ueyn Runi sabiq komandası olan “M.Yunayted”in rəsmi saytına müsahibə verib. Təcrübəli oyunçu Mançester təmsilçisindən ayrılıdığı üçün peşman olmadığını bildirib:

“Joze Mourinyo mənə yetərincə şans vermədi. Mən isə daha çox oynamaq istəyirəm. Oradan ayrıldığım üçün peşman deyiləm. Lakin “Mançester Yunayted” üçün darıxmışam. O stadionda yenidən matça baxacağım gün üçün səbirsizlənirəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43