“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu özünü orada çox rahat hiss etdiyini bildirib:
“Səudiyyə Ərəbistanı mənim ikinci ölkəmdir. Buradakı insanlar gözəldir, futbolu sevirlər və həvəslə doludurlar”.
35 yaşlı fransalı yayda Səudiyyə Ərəbistanı çempionatına keçib. O, 13 matçda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

