26 İyun 2026
Kateqoriyasız

“Sabah” 10-a çatdı

“Sabah” məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.

İdmanxeber.az xəbər verir ki, Murad Musayevin yetirmələri Misli Premyer Liqasının V turunda “Səbail”lə qarşılaşıb. Mövsümün startında ardıcıl 4 qələbə qazanan “Sabah” ilk xal itkisi ilə üzləşib – 0:0.

Paytaxt klubu ötən çempionatın son 5 oyununda da uduzmayıb. Sonuncu dəfə ötən mövsümün XXIII turun aprelin 16-dakı səfər görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzan Musayevin komandası yenilməzliyini 10-a çatdırıb.

Bakılılar tarixinin ən uğurlu seriyası zamanı 6 qələbə qazanıb və 4 heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43