Kateqoriyasız

“Sabah” Kipr klubu ilə qarşılaşacaq

Növbəti mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

İdmanxeber.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gələcək. Görüş iyulun 26-da Bakı vaxtı ilə saat 19:30-da Banskoda baş tutacaq.

Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43