20 İyun 2026
İdman

“Sabah” – “Partizan” matçını canlı yayımlayacaq kanallar – SİYAHI GENİŞLƏNİR

Konfrans Liqasında mübarizə aparan “Sabah”ın “Partizan”la ev matçını canlı yayımlayacaq kanalların siyahısı genişlənib.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 10-da Masazırda keçiriləcək oyunu ölkəmizdə “İctimai TV” canlı yayımlayacaq. Bundan başqa qarşılaşmanı Xorvatiyanın “Arena Sport 1”, Serbiyanın “RTS 1”, Sloveniyanın “Arena Sport” kanalları da mavi ekranlara daşıyacaq.

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43