Fransanın PSJ klubunun U-23 komandasının qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az-ın “L’Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 20 yaşlı qolkiper mövsüm başa çatdıqdan sonra azad agent statusu ilə “Sabah”a keçəcək.
2019-cu ildən PSJ akademiyasında çıxış edən Laurendon əsas komandanın heyətində bir oyunda forma geyinib. Gənc qapıçı eyni zamanda Mərakeşin U-20 millisinin üzvüdür.

