Subotiç Rumınıyada oynayacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”nin sabiq hücumçusu Daniel Subotiç karyerasını Rumıniyada davam etdirəcək. İsveçrəli forvard Buxarestin “Dinamo” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Subotiçin son klubu Qazaxıstanın “Şaxtyor” (Karaqanda) komandası olub. O, 2013-2014 və 2017-ci illərdə “Qəbələ”də oynayıb.