Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev İsveç oyunu (3:0) sonrası qələbədən yazıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper “instagram” hesabından azarkeşlərə təşəkkür edib:
“Dəstəyinizin bizim üçün nə qədər vacib olduğunu təssəvvür edə bilməzsiniz. Həmişə yanımızda olduğunuz üçün təşəlkürlər. Tezliklə görüşərik”.
Xatırladaq ki, millimiz 7 xalla qrupda İsveçlə bərabər 3-4-cü pilləni bölüşür.

