Ölkə futbolu

Serbiya millisinin üzvü “Qarabağ”da

 

Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirə bilər.

 

İdmanxeber.com "mozzartsport"a istinadən xəbər verir ki, "Partizan"ın qapıçısı Boyan Şaranov karyerasını "Qarabağ"da davam etdirə bilər. 

28 yaşlı qolkiper klubla müqaviləsini ləğv etməyə hazırlaşır və "Qarabağ"a azad agent statusu ilə keçəcək. Serbiyalı əlcək sahibi "Partizan"dan alacağı əmək haqqını kluba bağışlayacaq.

 

Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edir. O, Belqrad klubunda 18 oyun keçirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43