“Mançester Yunayted” Antoninin məşqlərə qayıtdığını açıqlayıb..
İdmanxeber.az-ın məlumatına görə, klub həmçinin hüquqi prosesi izləməyə davam edəcəyini və nəticələrinə görə hərəkət edəcəyini bildirib.
Antoni sevgililərinə fiziki şiddət və zorakılıq göstərməklə günahlandırılır.
23 yaşlı braziliyalı vinger MY formasıyla son oyunu sentyabrın 3-dəki Arsenal qarşılaşması olub.

