“Zirə” Misli Premyer Liqasının 8-ci turunda “Araz Naxçıvan”la keçiriləcək oyununun hazırlığını davam etdirir.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bugünkü məşqi izləyənlər arasında “Zirə” klubunun İdarə heyətinin sədri Orxan Məmmədov və digər rəhbər şəxslər də olub.
Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la oktyabrın 1-də səfərdə qarşılaşacaq. Rəşad Sadıqovun komandası hazırda 16 xalla turnir cədvəlinin şəriksiz lideridir.

