Almaniyanın Bundesliqasında cari mövsümün çempionu bəlli olub
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” son 14 mövsümün 13-də turnirin qalibi olub. Bu dövrdə yalnız “Bayer” bir dəfə çempionluq sevinci yaşayıb.
Cari mövsümün 30-cu turunda “Ştutqart” üzərində 4:2 hesablı qələbə qazanan Münhen təmsilçisi 79 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Komandanın aktivində hazırda 25 qələbə, 4 heç-heçə və 1 məğlubiyyət var.

