“Benfika”nın baş məşqçisi Joze Mourinyonun yenidən “Real”a qayıtmaq ehtimalı gündəmə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, klub prezidenti Florentino Peres Alvaro Arbeloanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda portuqaliyalı çalışdırıcının namizədliyini nəzərdən keçirir.
Bildirilir ki, Mourinyo da Madridə qayıdışa müsbət yanaşır. Hələlik tərəflər arasında hər hansı bir təmas yoxdur.

