Ölkə futbolu

SON DƏQİQƏ: “Neftçi” Emin Mahmudovu razı sala bildi

“Neftçi” Emin Mahmudovla ilkin razılığa gəlib.

Uzun müddətdir mətbuatda kapitanın “ağ-qaralar”dan ayrılacağı iddia edilir. Komandanın uğursuz gedişatından narazı olan təcrübəli futbolçunun yayda klubla vidalaşacağı deyilirdi.

Hətta Mahmudovun Asiya klublarının biri ilə anlaşdığı iddia edilsə də, məlumat təsdiqini tapmadı. 

“Neftçi” isə kapitanını buraxmaq niyyətində deyil. Rəhbərlik qarşıdakı illərdə də Mahmudovun “Neftçi”yə xidmət etməsini istəyir. Artıq bununla bağlı müəyyən addımlar atılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Neftçi” bir müddətdir Emin Mahmudova öz təklifini edib. Artıq tərəflər arasında şifahi razılığın əldə olunduğu bildirilir.

Kapitan isə qərarını verməyə tələsmir. O, ölkə kubokunun finalından sonra konkret mövqeyini açıqlayacaq. Ancaq bütün hallarda Eminin böyük ehtimal “Neftçi”də qalacağını demək olar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43