Dünya futbolu

“Sportinq”in baş məşqçisi: “Qarabağ”la vacib oyunumuz var”

Joze Pezeiru oyunun oyun barəsində danışıb.

“Qarabağ”ın rəqibi olan “Sportinq”in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk  turunda “Maritimo”ya qalib gəldikləri oyundan sonra açıqlama verib. O, bu matçın vacib olduğunu bildirib:

“Maritimo” ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında “Qarabağ”la vacib oyunumuz var”.

Xatırladaq ki, “Sportinq” – “Qarabağ” oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43