Kateqoriyasız

“Sürix”lə oyundan öncə “Qarabağ”ın müraciəti

“Qarabağ” iyulun 27-i İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü ilə bağlı fanatlara müraciət edib.

İdmanxeber.az xəbər verir ki, müraciətdə komandanı stadionda dəstəkləmək istəyən fanatlar üçün biletlərin oyun günü satılacağı bildirilib.

“Letsiqrund” stadionunda təşkil olunacaq matçın bileti 25 İsveçrə frankıdır.

Matç iyulun 27-də saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43