Futbol üzrə 21 yaşlılardan ibarət milli komandamız bu gün “Qarabağ”la qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşma saat 16:00-da başlayacaq.
Sınaq matçı “Bakı”nın bazasında keçiriləcək.
Qeyd edək ki, U-21 iki gün öncə Şüvəlanda AZAL-a 3:0 hesabı ilə məğlub olub.

