23 İyun 2026
Dünya futbolu

Tomas Müller karyerasını MLS-də davam etdirəcək

Almaniyalı hücumçu Tomas Müller karyerasını MLS-də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı almaniyalı “Vankuver”lə 2026-cı ilin dekabrına qədər müqavilə imzalayacaq.

Müller “Bavariya”nın yetirməsidir və 2007-ci ildən klubun əsas komandasında çıxış edir. Ümumilikdə forvard Münhen komandasının heyətində bütün turnirlərdə 756 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə edib.

Almaniya millisinin sabiq üzvü “Bavariya” ilə birlikdə 33 kubok qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43