23 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” – “Qarabağ” matçına doğru: ciddi itkilər var 

Misli Premyer Liqasının 28-ci turunda “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da oyuna itkilərlə çıxacaq. Tovuz klubunda zədəli Denis Marandiçi, Roderik Miller və Şəhriyar Əliyev görüşdə iştirak edə bilməyəcək. Joarlem Santosun isə oynayıb-oynamayacağı bəlli deyil.

“Qarabağ”da isə Şahruddin Məhəmmədəliyev bu matçda forma geyinə bilməyəcək. Millinin düşərgəsində zədələnən qapıçı “Turan Tovuz” oyununu buraxacaq.

Qarşılaşma bu axşam saat 19:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43