23 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” Türkiyə klubuna qarşı

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün növbəti yoxlama oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Kurban Berdıyevin komandası “Keçiörengücü” ilə qarşılaşacaq. Türkiyə 1-ci liiqa təmsilçis ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” Boludakı ilk sınaq matçında “Çorum”la (Türkiyə) heç-heçə edib – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43