24 İyun 2026
Dünya futbolu

UEFA Superkuboku yenə İspaniyaya gedəcək amma…

Bu gün UEFA Superkubokunda 2 ispan klubu “Real” və “Sevilya” qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının qalibi Zidanın “Real”ı, Avropa Liqasının qalibi “Sevilya”nı məyus etməyə çalışacaq.

Belə ki, bu matç rəqiblərin ikinci Superkubok duelidi. 2014-cü ildə də “Real” və “Sevilya” mükafatın qalibini müəyyənləşdirmişdi. Həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə Madrid klubu daha güclü olmuşdu – 2:0. “Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu. Portuqaliyalı “Sevilya”nın tarixində bu komandaya ən çox qol vuran oyunçudu – 22 top.

 

Əndəlüslülər isə ötən il gərgin mübarizədən sonra (“Barselona” – “Sevilya” – 5:4) əldən verdikləri qəniməti bu dəfə nəyin bahasına olursa olsun qazanmaq istəyirlər.

 

“Kral klubu” bu vacib oyunda zədə səbəbindən əsas ulduzu, son Avropa çempionu Kristiano Ronaldonun xidmətindən məhrum olub.

 

Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 

UEFA Superkuboku

9 avqust

 

22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Milorad Majiç

Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Şimon Marçinyak

Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)

Tronheym (Norveç). “Lerkendal” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43