19 İyun 2026
Kateqoriyasız

Vadjidən vida: “Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən…” (FOTO)

Fransanın “Sent-Etyen” klubuna transfer olunan  İbrahima Vadji ayrıldığı  “Qarabağ” və klubun azarkeşləri  ilə vidalaşıb.

İdmanxeber.az xəbər verir ki, seneqallı hücumçu özünün  “İnstaqram” səhifəsindən klubla şəklini paylaşaraq bu sözləri yazıb: “Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və  bütün “Qarabağ” azarkeşlərinə salam! Bu, bir vida məktubudur. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!”.

Qeyd edək ki, Vadji bu gün “Sent-Etyen”lə 3 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43