Kateqoriyasız

“Viktoriya” – “Qarabağ”: Çexlərə inam azaldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı – “Viktoriya” – “Qarabağ” oyunu üçün əmsallar açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, dünyanın məşhur bukmeker kontorları Plzendəki matçda “Viktoriya”nı favorit görürlər. Belə ki, “Viktoriya”nın qələbəsinə 1.94, “Qarabağ”a isə 2.86 əmsal açılıb. Əsas vaxtın heç-heçəsinə isə 2.78 verilib.

Maraqlıdır ki, ötən günlərdə Çexiya təmsilçisinin qalib gələcəyinə daha çox inanılırdı. Belə ki, bukmeker kontorlarında “Qarabağ”ın qələbəsinin əmsalı 3.88 təyin edilmişdi. Bu gün isə komandamzın pley-offu keçəcəyinə ehtimal artıb.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-də keçiriləcək. Tərəflər arasında Bakıda baş tutmuş matçda qapılara qol vurulmamışdı – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43